Bank Of Baku

“Uruda iki səfər” kitabının təqdimatı keçirilib

“Uruda iki səfər” kitabının təqdimatı keçirilib
# 20 dekabr 2008 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Uruda iki səfər” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin deputatı Mübariz Qurbanlı kitabın zaman-zaman itirilən Qərbi Azərbaycanın Zəngəzur mahalından bəhs edildiyini söyləyib: “Kitabda müəllif Musa Urud 1988, 2006-cı illərdə doğulub boya-başa çatdığı Urud kəndinə etdiyi səfərdən, burada qarşılaşdıqlarını qələmə alıb. Belə demək mümkündürsə, kitab hislər toplusudur”.
Təqdimatda müəllifin 2006-cı ildə Zəngəzurun Urud kəndinə etdiyi səfər zamanı lentə alınan kadrlar da nümayiş olunub. Nəşrin müəllifi, millət vəkili Musa Urud isə deyib ki, kitabda torpaq, yurd ağrısı, o cümlədən vətənə dönmək istəyi əsas süjet xəttidir. Onun sözlərinə görə, kitab sənədli əsər kimi də əhəmiyyətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR