Bank Of Baku

Lənkəranda borclu sakinlərə təbii qaz verilişinin dayandırılmasına başlanılıb

Lənkəranda borclu sakinlərə təbii qaz verilişinin dayandırılmasına başlanılıb
# 22 dekabr 2008 07:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA Lənkəranda təbii qazın istifadəsi üçün ödəniş etməyən abonentlərin xətlərinin kəsilməsi prosesinə başlanılıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Qaz İstismar İdarəsinin baş mühəndisi İdris Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər “Azəriqaz” Səhmdar Cəmiyyətinin göstərişinə müvafiq olaraq həyata keçirilir: “Ayrı-ayrı sakinlərin qeyri-qanuni yollarla öz mənzillərinə qaz xətlərini çəkməkləri narahatlıq doğurur. Bununla bağlı rayonun kəndlərində və şəhərdə reydlərə başlanılıb. İlk reyd günü rayonun Vilvan kəndində təbii qazdan qeyri-qanuni istifadə edən 7 sakinin mənzilinə yanacağın verilişi dayandırılıb”.
İ. Hacıyevin sözlərinə görə, rayonda sayğaclaşdırma işində hələ də problemlər yaşanmaqdadır: “Biz qısa müddətdə bu problemin həllinə çalışacağıq. Çünki sayğaclaşdırma həm də ümumi ödənişə müsbət təsir edir”.
Rayonun Vilvan, Şağlaser və Xarxatan kəndlərində ümumilikdə 400 evdə sayğac quraşdırılacağını diqqətə çatdıran baş mühəndis sayğaclaşdırılmayan mənzillərə təbii qazın verilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR