Bank Of Baku

Lənkəranda 304 miqrant var

Lənkəranda 304 miqrant var
# 22 dekabr 2008 07:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu ilin ötən dövrü ərzində Azərbaycanın Lənkəran rayonuna gələn miqrantların sayı 304 nəfər olub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsinin rəis müavini Cavanşir Novruzov məlumat verib. Onun sözlərinə görə, miqrantlar əsasən Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxstan, Türkmənistan, Polşa, ABŞ, Nikaraqua, Şri-Lanka və digər ölkələrdən gələn şəxslərdir. Lənkərandakı miqrantların əksər hissəsini Rusiya və Türkiyə vətəndaşlarının təşkil etdiyini diqqətə çatdıran C. Novruzov bu şəxslərin rayonda günəmuzd işlərlə və xırda ticarətlə məşğul olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR