Bank Of Baku

Azərbaycan Həkimləri Assosiasiyası “Türkdilli Xalqların Təbiblər İttifaqı”nın yaradılmasını təklif edir

Azərbaycan Həkimləri Assosiasiyası “Türkdilli Xalqların Təbiblər İttifaqı”nın  yaradılmasını təklif edir
# 22 dekabr 2008 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Həkimləri Assosiasiyası “Türkdilli Xalqların Təbiblər Ittifaqı”nın (TXTI) yaradılmasına dəstək verilməsi məqsədilə türkdilli xalqların tibb assosiasiyaları, alimləri və həkimlərinə müraciət edib. Azərbaycan Həkimləri Assosiasiyasının prezidenti, Təşəbbüs Qrupunun rəhbəri Qalib Əliyev APA-ya bildirib ki, dil və din qardaşlığı, xalqlarımızın tarixi , mədəni ümumiliyi, sağlamlığın qorunması sahəsində mövcud problemlərin eyniliyi bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından ibarət ittifaqın yaradılmasını zəruri edir. İttifaq təbabətin aktual problemlərinə özəl fikir bildirmək, tibbi hüquq , tibbi etika və peşəkarlıq səviyyəsinin yüksək standartları məsələlərində ümumi razılığa gəlmək imkanı yaradacaq. İttifaqın yaradılması müasir informasiya mübadiləsinə, tibb elmi və praktikasının nailiyyətlərinin bölüşdürülməsinə, birgə konfrans, təlim, distansion məsləhətləşmələrin keçirilməsinə təkan verəcək. İttifaq tərəfindən türk və ana dilində jurnalların buraxılması, saytların yaradılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR