Bank Of Baku

Dövlət vəsaitindən sui-istifadə edən QHT-lər barəsində inzibati tədbir görüləcək

Dövlət vəsaitindən sui-istifadə edən QHT-lər barəsində inzibati tədbir görüləcək
# 22 dekabr 2008 09:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaitindən sui-istifadə edən təşkilatlar barəsində inzibati tədbirlər görüləcək. Bunu APA-ya açıqlamasında şuranın sədri Azay Quliyev deyib. O bildirib ki, maliyyə hesabatlarını əsaslandırılmış şəkildə təqdim etməyən QHT-lərə aman verilməyəcək: “Heç kimə imkan vermək olmaz ki, dövlətin ayırdığı maliyyəni istədiyi kimi xərcləsin və ya üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməsin. Şura 2009-cu ildə qalibləri müəyyənləşdirərkən ilk növbədə layihələrin əhəmiyyətinə və effektivliyinə qiymət verəcək, eyni zamanda 2008-ci ildə dəstək alan qurumların ayrılan vəsaiti necə xərclədiyini də ön planda tutacaq. Bu, o deməkdir ki, maliyyədən sui-istifadə edən təşkilatlar dövlət dəstəyindən kənarda qala bilər”. Şura sədri belə təşkilatlara ilk növbədə xəbərdarlıq ediləcəyini söyləyib: “Əgər öhdəlik və tələblərə laqeyd yanaşılarsa, dövlət vəsaiti təyinatı üzrə xərclənməzsə, ciddi pozuntular aşkarlanarsa, hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR