Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının ehtiyat fondu yaradılacaq

QHT-lərə Dövlət Dəstəyi Şurasının ehtiyat fondu yaradılacaq
# 22 dekabr 2008 09:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ehtiyat fondunun yaradılması nəzərdə tutulur. Şuranın sədri Azay Quliyev APA-ya açıqlamasında bu məsələdə xarici təşkilatların təcrübəsindən istifadə ediləcəyini deyib: “Çox ciddi və ictimai əhəmiyyətli məsələlər ortaya çıxa bilər ki, onların həlli üçün şurada vəsait olmalıdır. Hələ ki şura ildə bir dəfə müsabiqə şəklində pul ayırır. Biz bununla bağlı beynəlxalq donor təşkilatlarının təcrübəsini də öyrənirik”. A. Quliyev yerli və transmilli şirkətlərin donor fəaliyyətinə də toxunaraq bildirib ki, bu qurumlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında maraqlı olmalıdır: ”İlk növbədə ona görə ki, ölkədə sosial layihələri maliyyələşdirən qurumlar üçün vergi imtiyazı mövcuddur. Şirkətlər müxtəlif sahələrə vəsait ayırırlar, amma biz təklif edirik ki, bu məsələnin koordinasiyası həyata keçirilsin. Bir halda ki, şura fəaliyyət göstərir, burada koordinasiyaya ehtiyac var. Məsələn, elə şirkətlər var ki, onların hansı sahəyə maliyyə ayırdığı haqda konkret bilgi yoxdur. Lakin hesabatlarında yazırlar ki, sosial layihələrə bir neçə milyon pul xərclədik”.

A. Quliyev bu məsələdə şəffaflığın təmin edilməsinin vacibliyini də vurğulayıb. Şura sədri onu da əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycan QHT-lərinin xarici donor təşkilatlarından asılılığını minimuma endirmək istəyir: “Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, 2005-2007-ci illərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının illik büdcəsi 5-10 milyon manat arasında dəyişib. Bu, əsasən xarici donorların dəstəyi ilə olub. Şuradan maliyyə dəstəyi alanların beynəlxalq donor təşkilatları ilə əməkdaşlığına məhdudiyyət qoyulmur. Ancaq bu tendensiya elə getməlidir ki, xarici təşkilatlardan asılılıq minimuma ensin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR