Bank Of Baku

Şəmsəddin Hacıyev: “Yeni qanun layihəsində məktəbəqədər təhsilin üç, icbari təhsilin isə beş yaşdan başlaması nəzərdə tutulur”

Şəmsəddin Hacıyev: “Yeni qanun layihəsində məktəbəqədər təhsilin üç, icbari təhsilin isə beş yaşdan başlaması nəzərdə tutulur”
# 22 dekabr 2008 09:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının iclasında “Təhsil haqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. APA-nın xəbərinə görə, komissiya sədri Şəmsəddin Hacıyev layihə barədə məlumat verib. Ş. Hacıyev bildirib ki, layihə üzərində xeyli iş aparılıb, 3 maddə sənəddən tamamilə çıxarılıb. Onun sözlərinə görə, layihədə təhsilin strukturu, təhsil müəssisələrinin statusu, təhsilin pillələri ilə bağlı məsələlər aydın şəkildə öz əksini tapıb. Layihədə məktəbəqədər təhsilin üç yaşdan, icbari təhsilin isə beş yaşdan başladığı qeyd olunub. Sənəddə həmçinin orta məktəbdə icbari təhsilin 11 ildən 9 ilə endirildiyi, tam orta təhsilin təmayülləşdirildiyi bildirilib. Ş. Hacıyev deyib ki, layihədə ali təhsil üç piləyə bölünüb, hər pillə isə tam ali təhsil hesab olunur. Komissiya sədri qeyd edib ki, dünya təhsil sistemində olmadığı üçün aspirantura pilləsi layihədən çıxarılıb. Onun sözlərinə görə, doktoranturanın iki pillədən - fəlsəfə doktoru və elmlər doktoru – olması nəzərdə tutulub. Fəlsəfə doktoru indiki elmlər namizədi pilləsinə bərbər tutulur. Layihəyə əsasən təhsil müəssisələri üzərində nəzarət saxlanılsa da, onlara müstəqilik verilir. Həmçinin təhsilin birbaşa maliyyələşməsi nəzərdə tutulur.
Təhsildə yaş senzinin müəyyən olunması isə müvafiq icra hakimiyyətinə həvalə edilib. Bu layihəyə əsasən Azərbaycanda liberal təhsil sistemi yaradılacağını bildirən komissiya sədri onu da deyib ki, sənədlə bağlı beynəlxalq qurumlar tərəfindən müsbət rəylər verib.
Layihə ilə bağlı müzakirələr davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR