Bank Of Baku

Azərbaycan ərazisində hava yenidən soyuyacaq

Azərbaycan ərazisində hava yenidən soyuyacaq
# 22 dekabr 2008 09:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, temperatur, əsasən, müsbət olduğundan Abşeron yarımadasında çiskinli yağıntılar yağış şəklində olacaq. U. Tağıyevanın sözlərinə görə, son günlər müşahidə edilən temperatur çoxillik normadan və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-4 dərəcə aşağıdır.

Dekabrın 24-25-də isə hava şəraitində qısa müddətli mülayimləşmə gözlənilir. Havanın temperaturu ötən həftə ilə müqayisədə bir qədər yüksələcək. Abşeron yarımadasında havanın temperaturu 10-12 dərəcə isti olacaq, mülayim cənub küləyi əsəcək. Həmin günlərdə yağıntı ehtimalı da azalacaq. Gün ərzində hava arabir açılacaq.

Dekabrın 25-dən 26-na keçən gecədən başlayaraq isə hava yenidən soyuyacaq. Şimal küləyi güclənəcək, həftənin son günlərində temperatur bir qədər düşəcək, yağıntı ehtimalı isə artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR