Bank Of Baku

İki ildə dövlət proqramı çərçivəsində 40 azərbaycanlı tələbə Fransaya təhsil almağa göndərilib

İki ildə dövlət proqramı çərçivəsində 40 azərbaycanlı tələbə Fransaya təhsil almağa göndərilib
# 22 dekabr 2008 11:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son iki ildə Fransanın ali məktəblərində təhsil almaq üçün Azərbaycandan bu ölkəyə 40 tələbə göndərilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, azərbaycanlı tələbələrin Fransa ali məktəblərində təhsil alması üçün bu ölkənin Orta və Ali Təhsilin Təşkili Mərkəzi (KNOUS) ilə birgə müvafiq işlər həyata keçirilib. Dünyanın 130-dan artıq ölkəsindən olan tələbələrin Fransa ali məktəblərində təhsilini təşkil edən təşkilatın əsas funksiyası xarici vətəndaşların qəbul edilərək yaşayış yeri ilə təmin olunması, onlar üçün ödənilmiş təqaüdlərin paylanılması, xarici tələbələrin dil kurslarında və universitetlərdə yerləşdirilməsini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR