Bank Of Baku

“Mənim xoşbəxt ailəm” layihəsi yekunlaşır

“Mənim xoşbəxt ailəm” layihəsi yekunlaşır
# 22 dekabr 2008 15:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən “Mənim xoşbəxt ailəm” layihəsi yekunlaşır. APA-nın məlumatına görə, dekabrın 28-də 160 saylı gimnaziyada layihənin yekunlaşmasına həsr olunmuş tədbir keçiriləcək. Bakı məktəblərinin şagirdlərinin, məktəbəqədər müəssisələrin uşaqlarının, tələbələrin iştirak etdiyi layihəyə bu ilin əvvəlində start verilib. İl ərzində müxtəlif müsabiqələr keçirilib, onların qalibləri layihənin 1 və 2-ci mərhələlərində iştirak ediblər. Münsiflər heyəti “Ailə hekayəsi”, “Ailə portreti”, “Ailə nəğməsi”, “Rus tapmacalarını bilənlər” nominasiyalarında qaliblərini müəyyən ediblər.
Qeyd edək ki, layihəni Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq üzrə Rusiya Mərkəzinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması, Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyası həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR