Bank Of Baku

I sinif şagirdləri üçün yeni buraxılmış riyaziyyat dərslikləri müzakirə edilib

I sinif şagirdləri üçün yeni buraxılmış riyaziyyat dərslikləri müzakirə edilib
# 22 dekabr 2008 15:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakının Nizami rayonundakı “Zəngi” liseyində orta məktəblərin I sinif şagirdləri üçün yeni buraxılmış riyaziyyat dərsliklərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, liseyin direktoru Bayram Heydərov bildirib ki, mətbuat orqanları və digər vasitələrlə təhsilin inkişafına kölgə salmaq istəyənlər var: “Çox təəssüf ki, ibtidai sinif müəllimlərini, şagirdləri əzbərçi bir zümrəyə çevirən əvvəlki dərslik onların təfəkkürünü dondurub, məhdud çərçivədən kənara çıxmağa qoymayıb”.

Müzakirələrdə qeyd olunub ki, Nayma Qəhrəmanova və Cəmilə Əsgərovanın müəllifliyi ilə çap olunan yeni vəsaitlər şagirdlərin ibtidai bilikləri daha yaxşı qavramasına kömək edəcək. Liseyin ibtidai sinif müəllimi Zivər Məmmədova konkret faktlarla köhnə və yeni dərslikləri müqayisə edib. O, yeni dərs vəsaitinin kurrikulumun tələblərinə tamamilə cavab verdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR