Bank Of Baku

Naxçıvanda yeni Karbon Qazı Zavodu fəaliyyətə başlayıb

Naxçıvanda yeni  Karbon Qazı Zavodu fəaliyyətə başlayıb
# 23 dekabr 2008 09:05 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda yeni Karbon Qazı Zavodu fəaliyyətə başlayıb. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yeni istifadəyə verilən zavodda maye karbon qazı və quru buz istehsal olunacaq. Zavodun yaradılmasına 1 milyon 95 min 500 manat vəsait sərf olunub. Müəssisədə quraşdırılan Rusiya və Ukrayna texnoloji avadanlıqların illik istehsal gücü 6300 ton maye karbon qazı, 50 ton quru buzdur. Zavodda iş rejiminə nəzarət üçün daxili kameralar quraşdırılıb, karbon qazının daşınması üçün müəssisə 3 ədəd avtosisternlərlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR