Bank Of Baku

Lənkəranın Şağlaser kəndində yeni elektron ATS-in açılışı olub

Lənkəranın Şağlaser kəndində yeni elektron ATS-in açılışı olub
# 23 dekabr 2008 22:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunun Şağlaser kəndində 700 nömrə tutumlu yeni elektron tipli ATS-in açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək kənd sakinlərinə təbriklərini çatdırıb. Lənkəran Telekommunikasiya Qovşağının rəisi Camal Əkbərov isə hazırda rayonun Tükəvilə, Darquba, Kərgəlan, Şağlakücə və Boladi kəndlərində də Rabitə və İnformasiya Texnologiya Nazirliyinin vəsaiti hesabına yeni elektron ATS-lərin quraşdırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR