Bank Of Baku

Xaldan-Balakən magistral qaz xəttində qaz sızması aşkar edilib

Xaldan-Balakən magistral qaz xəttində qaz sızması aşkar edilib
# 23 dekabr 2008 09:32 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov- APA. Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından Balakən, Zaqatala və Qax rayonlarına təbii qazın verilməsində fasilə yaranıb. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-nın yerli bürosuna bildirilib ki, yaranan fasilə 530 millimetr diametrində olan Xaldan-Balakən magistral qaz xəttinin 60-cı kilometrliyində qaz sızmasının aşkar edilməsi ilə bağlıdır. Hazırda sözügedən ərazilərdə qaz sızmasının qarşısının alınması istiqamətində iş aparılır. Qeyd olunub ki, axşam saatlarına qədər təmir işlərini başa çatdırıb bölgəyə təbii qazın verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR