Bank Of Baku

QHT-lərin maliyyələşdirilməsi üçün 2 milyon 750 min manat ayrılacaq

QHT-lərin maliyyələşdirilməsi üçün 2 milyon 750 min manat ayrılacaq
# 23 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ildə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin maliyyələşdirilməsi üçün 2 milyon 750 min manat ayıracaq. APA-nın məlumatına görə, bunu şuranın sədri Azay Quliyev deyib. O bildirib ki, bu vəsait QHT-lərə iki mərhələdə veriləcək. A. Quliyev vəsaitin bir hissəsinin şuranın büdcəsində saxlanılacağını da söyləyib: “Bu vəsait əvvəlcədən planlaşdırılmayan, ölkə daxilində və xarici ölkələrdə keçiriləcək tədbirlərə ayrılacaq”.

A. Quliyev 2008-ci ildə şuraya 365 layihə təqdim olunduğunu, onlardan 190-nın maliyyələşdirildiyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR