Bank Of Baku

Azay Quliyev: “QHT-lər Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı layihələr də təqdim etməlidir”

Azay Quliyev: “QHT-lər Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı layihələr də təqdim etməlidir”
# 23 dekabr 2008 09:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ilin maliyyə yardımı müsabiqəsinin qaydalarını müzakirə edib. APA-nın məlumatına görə, şuranın keçirdiyi konfransda qurumun sədri Azay Quliyev qurumun maliyyə ayıracağı sahələrin müəyyənləşdiyini və 15 istiqamət üzrə maliyyə yardımı ayrılacağını açıqlayıb. A. Quliyev bildirib ki, 2009-cu ildə QHT-lər insan haqları, demokratiya sahələri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı layihələr də təqdim etməlidir: “Bu günlərdə Türkiyədə ermənilərdən üzr istəmə kampaniyası başladı. Mən çox təəssüf edirəm ki, Azərbaycan QHT-ləri buna lazımı etiraz bildirmədilər. Çünki bu kampaniyanın uzaq hədəfi Türkiyənin özüdürsə, yaxın hədəfi Azərbaycan, Qarabağ torpaqlarıdır”.

Konfransda iştirak edən ayrı-ayrı QHT-lərin rəhbərləri 2009-cu il üçün prioritet sahələrlə bağlı təkliflər irəli sürüblər. A. Quliyev deyib ki, şura bu təklifləri ümumiləşdirdikdən sonra 2009-cu ilin prioritetlərini elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR