Bank Of Baku

Göyçayda Biznes Tədris Mərkəzinin regional filialı açılıb

Göyçayda  Biznes Tədris Mərkəzinin regional filialı açılıb
# 23 dekabr 2008 09:46 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunda Biznes Tədris Mərkəzinin regional filialı açılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bölgədə kiçik və orta sahibkarlara təlim, tədris, informasiya və təmsilçilik xidmətləri göstərəcək bu qurum Göyçay Kompüter-Tədris Mərkəzinin bazasında yaradılıb. Biznes Tədris Mərkəzinin və rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri qurumun fəaliyyəti üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, təkcə Göyçayda sahibkarlıqla məşğul olan 4000-ə yaxın fiziki və hüquqi şəxsin müəyyən sahədə informasiya və lazımi metodik vəsaitlə təmin olunmasına ehtiyac var.
Biznes Tədris Mərkəzinin regional filialı öz işini Göyçay, Ucar, Ağdaş, Zərdab və Kürdəmir rayonlarının sahibkarları ilə əlaqəli şəkildə quracaq.
Qeyd olunub ki, hazırda Biznes Tədris Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran, Qazax və Şəkidə də regional filialları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR