Bank Of Baku

Bu il 15 bələdiyyə ciddi qanun pozuntusuna yol verib, 2 bələdiyyə sədri həbs olunub

Bu il 15 bələdiyyə ciddi qanun pozuntusuna yol verib, 2 bələdiyyə sədri həbs olunub
# 23 dekabr 2008 09:51 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Qəbələdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, respublikanın 61 şəhər bələdiyyəsi sədrinin iştirak etdiyi toplantıda əvvəlcə "Bələdiyyə: yerli özünüidarəetmənin yeni mərhələsi" adlı sənədli film nümayiş olunub. Sonra Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev 2008-ci ildə görülən işlər, əldə olunan uğurlar, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rüfət Əliyev, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə çıxışlarında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların işinin daha da canlandırılması məqsədilə görülən işlərdən danışıblar.
Qeyd olundu ki, ötən dövr ərzində 15 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu aşkar edilib və bu istiqamətdə prokurorluq orqanları tərəfindən araşdırma aparılır. İki bələdiyyə sədri barəsində isə cinayət işi açılıb və onlar həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR