Bank Of Baku

Göyçayda üçayaqlı çəpiş doğulub

Göyçayda üçayaqlı çəpiş doğulub
# 23 dekabr 2008 11:08 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov – APA. Göyçay rayonunda qeyri-adi hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdamın Göytəpə kənd sakini, 13 ildir Göyçay rayonunda məskunlaşmış məcburi köçkün Xaqani Nəcəfovun təsərrüfatında üçayaqlı çəpiş doğulub. Heyvan doğularkən sahibi onun arxa ayaqlarından birinin olmadığını görüb. X. Nəcəfov əvvəlcə qüsurlu doğulan çəpişin yaşayacağına inanmasa da, sonradan onun digərləri kimi normal hərəkət etdiyini və qidalandığını müşahidə edib. Baytar həkimlər də heyvanın yaşayacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR