Bank Of Baku

Zaqatalanın dörd kəndinə yeni təbii qaz xətti çəkilib

Zaqatalanın dörd kəndinə yeni təbii qaz xətti çəkilib
# 24 dekabr 2008 00:47 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov- APA. Zaqatalanın dörd kəndinə (Çökəkoba, Göyəm, Sumaylı və Dardoqqaz) yeni təbii qaz xətti çəkilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, qaz xətti rayonun daxili imkanları hesabına quraşdırılıb. Çökəkoba kəndinin sakinləri bu gündən təbii qazdan istifadə etməyə başlayacaqlar. Digər üç kənddə isə təbii qaz xətlərinin çəkilişi davam etdirilir.
Qeyd edək ki, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, müvafiq idarə, təşkilat nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə kəndlərə yeni qaz xəttinin çəkilməsi münasibətilə tədbir keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR