Bank Of Baku

Bakıda «Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində aktual məsələlər» mövzusunda konfrans keçirilib

Bakıda «Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində aktual məsələlər» mövzusunda konfrans keçirilib
# 23 dekabr 2008 11:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakıda səfərdə olan Rusiya Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Federal Bürosunun ekspertlərinin iştirakı ilə «Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində aktual məsələlər» mövzusunda elmi-praktiki konfrans keçirib.
APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, bu yaxınlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında sosial inkişafla bağlı 5 illik layihə imzalanıb. Bu layihə çərçivəsində nəzərdə tutulan layihələrdən biri də tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyasına aiddir.
Nazir müavininin sözlərinə görə, tibbi-sosial ekspertizanın təkmilləşdirilməsi üçün ƏƏSMN beynəlxalq təcrübəni də öyrənir: «Bu yaxınlarda nazirlik Belarusun bu sahə üzrə normativ-hüquqi sənədlərini əldə edib. Türkiyə, Almaniya və Rusiya ilə də sıx əməkdaşlıq edirik». N.Məmmədov qeyd edib ki, 2006-cı ildə Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Federal Bürosu ilə niyyət protokolu imzalanıb. Bu sənədə uyğun olaraq, ötən iki il ərzində iki ölkə arasında bu sahə üzrə təcrübə mübadiləsi aparılıb. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti bir neçə dəfə Rusiyada səfərdə olub. Bu əməkdaşlığın davamı olaraq Rusiyanın adıçəkilən bürosunun ekspertləri Azərbaycana dəvət edilib. Artıq dünən rusiyalı ekspertlərlə bir neçə məsələ müzakirə edilib.
Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Federal Bürosunun eksperti İrina Quryeva isə təmsil etdiyi qurumun artıq şəkərli diabet sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini bildirib. Ekspertin sözlərinə görə, Azərbaycanda tibbi-sosial ekspertizanın təkmilləşdirilməsi və Rusiyanın bu sahə üzrə normativ-hüquqi bazası ilə tanış olmaq məqsədi ilə nazirliyə bəzi sənədlər təqdim ediblər. İ.Quryeva Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə, qarşı tərəfin iradə və təkliflərini dinləməyə hazır olduqlarını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR