Bank Of Baku

Əlillər üçün xüsusi avtobuslar alınacaq

Əlillər üçün xüsusi avtobuslar alınacaq
# 23 dekabr 2008 12:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda əlillərin nəqliyyat vasitəsindən rahat istifadəsini təmin etmək məqsədilə avtobuslarda əlillər üçün xüsusi yerlər ayrılacaq. Eyni zamanda onlar üçün xüsusi avtobuslar alınacaq. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, hazırda Nəqliyyat Nazirliyi ilə bu barədə danışıqlar aparılır. O, yeraltı keçidlərdə əlillər üçün xüsusi yerlər olduğunu, yeni tikilən beynəlxalq avtovağzalda da əlillər üçün yerlərin nəzərdə tutulduğunu söyləyib. N. Məmmədov hesab edir ki, ali məktəblərə qəbul zamanı əlillərə xüsusi güzəştlərin edilməsi düzgün deyil: “Qanun qanundur, hamıya eyni qaydada şamil edilməlidir. Əlillər bu cəmiyyətin tam səlahiyyətli üzvüdür. Onlar cəmiyyətin sosial-iqtisadi sahələrində çox fəal iştirak edirlər. Bizim əlillərin arasında alimlər, şairlər, yüksək intellektə malik çox istedadlı insanlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR