Bank Of Baku

Xaçmaz və Yevlaxda əlillər üçün yeni bərpa mərkəzləri açılacaq

Xaçmaz və Yevlaxda əlillər üçün yeni bərpa mərkəzləri açılacaq
# 23 dekabr 2008 12:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu yaxınlarda Xaçmaz və Yevlaxda əlillər üçün yeni bərpa mərkəzləri istifadəyə verəcək. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, artıq mərkəzlərin tikinti işləri başa çatmaq üzrədir. Hazırda mərkəzlər üçün yeni avadanlıqlar alınır. Avadanlıqlarla tam təchizat başa çatdıqdan sonra mərkəzlərin açılışı olacaq. Azərbaycanda əlillərin bərpa mərkəzlərinin şəbəkəsinin genişləndiyini deyən nazir müavininin sözlərinə görə, hazırda müxtəlif regionlarda 14 bərpa mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə yalnız əlillərin tibbi deyil, həm də sosial reabilitasiyası həyata keçirilir.
N. Məmmədov əlillərə üçün yeni peşə proqramlarının icra ediləcəyini də söyləyib: “Məşğuluq xidməti orqanlarında əlillərin kvotası var. Bu kvota “Məşğulluq xidməti haqqında” qanunla müəyyən edilib. Həmin kvotalara əsasən ilk növbədə əlillər işlə təmin edilir. Elə xəstə var ki, onun 2 və ya 3 barmağı yoxdur. Belə xəstə başqa işlə məşğul ola bilər. Ona görə də belə əlillər üçün yeni peşə proqramları həyata keçiriləcək və onlar yeni peşələrə yiyələnəcək”.
N. Məmmədov ölkədə ilkin əlliyinin təyin edilməsi hallarını azaldığını, bu göstəricinin ötən ilki kimi olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR