Bank Of Baku

Azərbaycanda bəzi xəstəliklər üzrə əlillik dərəcələrinin verilməsində dəyişiklik ediləcək

Azərbaycanda bəzi xəstəliklər üzrə əlillik dərəcələrinin verilməsində dəyişiklik ediləcək
# 23 dekabr 2008 12:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlillik dərəcələrinin müəyyən edilməsi məqsədi ilə yeni meyarlar hazırlayıb. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, təkliflər yaxın vaxtlarda Səhiyyə Nazirliyinə, bu nazirliyin baş mütəxəssisləri rəy verdikdən sonra isə Nazirlər Kabinetinə təqdim olunacaq.
Nazir müavininin sözlərinə görə, mövcud meyarlar Nazirlər Kabinetinin qərarı ilə 1997-ci ildə təsdiqlənib: «Əgər 1997-ci ildə I, xüsusilə də II qrup əlillərinin 70-80%-i tam əmək qabiliyyəti olmayan şəxslər hesab olunurdusa, hazırda böyük hissəsi əmək qabiliyyətli hesab olunur».
N.Məmmədov yeni meyarların təsdiq edilməsindən sonra bəzi xəstəliklər üzrə əlillik dərəcələrinin təyinində dəyişiklərin olacağını da deyib: «Onkoloji xəstəliklər müalicə olunmur, lakin elə onkoloji xəstələr var ki, onlar müalicə hesabına 8-20 il yaşaya və işləyə bilirlər. Amma onkoloji xəstələrə daha həssas yanaşırıq. Ola bilər ki, onkoloji xəstələr ekspertizadan keçmək üçün komissiyaya ildə bir dəfə gəlməsinlər, bu müddət artırılsın. Digər tərəfdən, elə xəstəliklər var ki, biz onlara ömürlük I, II, III qrup əlilliyi ömürlük təyin edəcəyik. Aşağı ətrafın amputasiyası olan xəstələrə biz ömürlük III qrup əlillik dərəcəsi verirdik. Əgər fəsadlar varsa, ona II qrup da təyin edilə bilər. Amma bu ayaq yerinə qayıtmayacaq axı. Biz onun yerinə yalnız protez ayaq qoya bilərik. Ona görə də belə əlillərə fərdi yanaşma olacaq».
Nazir müavini əlavə edib ki, ürək çatışmazlığı xəstələrə II qrup əlillik təyin edilir. Amma hazırda ürəkdə aparılan müasir əməliyyatlar nəticəsində həmin belə xəstələr cəmiyyətdə öz yerlərini bərpa edə bilirlər: «Və yaxud, göz xəstəlikləri üzrə müxtəlif cərrahiyyə əməliyyatı aparılır və nəticədə belə əlillərdə tam görmə qabiliyyəti bərpa edilir. Ona görə də, bu məsələlərdə Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin rəyini nəzərə alacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR