Bank Of Baku

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi magistr dərəcəsi üzrə təhsil proqramları elan edib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi magistr dərəcəsi üzrə təhsil proqramları elan edib
# 23 dekabr 2008 13:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) magistr dərəcəsi üzrə təhsil proqramları elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Koreya Universitetlərində beynəlxalq elmlər üzrə magistr proqramı 14 aylıq (2009 fevral - mart 2010), yalnız qadınların iştirak edə biləcəyi Ehva Qadınlar Universitetində beynəlxalq elmlər üzrə magistr proqramı 13 aylıq (fevral 2009 - fevral 2010), Ajou Universitetində beynəlxalq ticarət və biznes üzrə magistr proqramı 14 aylıq (mart 2009 – aprel 2010), Koreya İnkişaf İnstitutunun Dövlət Siyasəti və İdarəçiliyi Məktəbində ictimai siyasət üzrə magistr proqramı 12 aylıq (fevral 2009 - yanvar 2010) olacaq. Koreya tərəfi adı çəkilən magistr proqramlarında seçim yolu ilə 56 ölkədən məhdud sayda şəxsin iştirakını təmin edəcək. Bu ölkə seçilmiş namizədlərin təhsil, beynəlxalq nəqliyyat, yemək, yaşayış, tibbi müayinə və beynəlxalq səfər sığortası xərclərini də ödəyəcək.

Proqramda yaşı 35-dən az, sağlam, bakalavr və ya daha yüksək təhsil dərəcəsinə, eləcə də ingilis dilində yüksək səviyyədə yazı və danışıq qabiliyyətinə malik şəxslər iştirak edə bilər. Namizədlər əvvəllər KOİCA-nın hər hansı təhsil proqramının iştirakçısı olmamalı və ya belə bir proqramda iştirak etdikləri müddətdən ən azı 5 il keçməlidir. Proqramda iştirak etmək istəyən azərbaycanlı namizədlər sənədlərini dekabrın 28-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR