Bank Of Baku

Parisdə “Dövlət idarəçiliyi sahəsində əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Parisdə “Dövlət idarəçiliyi sahəsində əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib
# 23 dekabr 2008 14:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun başçılıq etdiyi nümayəndə heyəti Avropa İttifaqının Dövlət İdarəçiliyi Şəbəkəsinin (EUPAN) “Dövlət idarəçiliyi sahəsində əməkdaşlıq” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda iştirak edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın paytaxtı Paris şəhərində təşkil olunan tədbirə Avropa İttifaqı ölkələri ilə yanaşı bu qurumla Yaxın Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edən dövlətlər də qatılıb. Ümumilikdə 40-a qədər ölkə nümayəndələrinin iştirak etdiyi konfransda iki məsələ - “Dövlət idarəçiliyi sahəsində treninq şəbəkələri” və “Dövlət qulluğunun cəlbediciliyi” barədə məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
V. Misirov öz çıxışında Azərbaycanda ölkə rəhbərliyinin dövlət qulluğu sahəsində apardığı məqsədli siyasət nəticəsində bu sahəyə marağın artmasını bildirib.
Qeyd edək ki, Dövlət İdarəçiliyi Şəbəkəsi (EUPAN) Avropa İttifaqı ölkələrinin, Avropa Komissiyasının və müşahidəçi dövlətlərin Dövlət idarəçiliyi üzrə Baş Direktorlarının qeyri-formal şəbəkəsidir. Şəbəkə Dövlət idarəçiliyinə məsul olan nazirlər tərəfindən idarə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR