Bank Of Baku

Şəki və Yevlaxda yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri üçün təlimlər keçirilib

Şəki və Yevlaxda  yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri üçün təlimlər keçirilib
# 23 dekabr 2008 14:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri üçün təlimlər keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki və Yevlax şəhərlərində təşkil edilən regional təlimlərə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Tərtər, Bərdə, Ağdam, Göyçay, Ucar, Zərdab, Yevlax, Ağdaş və Mingəçevir şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 166 rəhbər vəzifəli şəxs cəlb edilib.
Keçirilmiş təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxış edib və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparıblar.
Bu növ təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR