Bank Of Baku

“Vətən” Respublika İxtisaslaşmış Olimpiya Uşaq-Gənclər Futbol Məktəbinin açılışı keçirilib

“Vətən” Respublika İxtisaslaşmış Olimpiya Uşaq-Gənclər Futbol Məktəbinin açılışı keçirilib
# 23 dekabr 2008 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə idmanın təbliği dövlət siyasətidir və hökumət qurumları da bu istiqamətdə zəruri addımlar atır. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə deyib ki, “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə yeni futbol meydançaları istifadəyə veriləcək. O, gənclərin və uşaqların idmana cəlb olunması istiqamətində görülən işlərdən də danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR