Bank Of Baku

Gələn il Gənclərin Məşğulluğuna Dair Milli Fəaliyyət Planı qəbul ediləcək

Gələn il Gənclərin Məşğulluğuna Dair Milli Fəaliyyət Planı qəbul ediləcək
# 23 dekabr 2008 14:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn il gənclərin məşğulluğuna dair Milli Fəaliyyət Planı qəbul ediləcək. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Milli Fəaliyyət Planı Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri ilə də razılaşdırılıb. Bu sənəddə gənclərin peşə biliklərinin gücləndirilməsi, ixtisasartırma, gənclər üçün karyera mərkəzlərinin qurulması və məşğulluqla əlaqədar digər məsələlər öz əksini tapıb. A. Rəhimov bildirib ki, yeni yaradılan gənclər üçün karyera mərkəzində gələn ildən online sistemində əmək birjası fəaliyyət göstərəcək. Online əmək birjasının digər şəhər və rayonlarda da şəbəkə şəklində yaradılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR