Bank Of Baku

Sabah daha 68 əlilə avtomobil hədiyyə olunacaq

Sabah daha 68 əlilə avtomobil hədiyyə olunacaq
# 23 dekabr 2008 14:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sabah daha 68 Qarabağ, Böyük Vətən, “20 yanvar” və Çernobıl əlilinə “OKA” markalı avtomobil paylayacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, son 10 ildə Azərbaycanda Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi əlillərinə 1885 “OKA” markalı avtomobil pulsuz paylanılıb. Onların 1143-ü Qarabağ, 314-ü Böyük Vətən Müharibəsi əlillərinə, 126-ı isə Naxçıvan Muxtar Respublikasında yaşayan əlillərə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR