Bank Of Baku

Gələn il gənclər təşkilatlarının layihələrinin icrası üçün 200 min manat vəsait xərclənəcək

Gələn il gənclər təşkilatlarının layihələrinin icrası üçün 200 min manat vəsait xərclənəcək
# 23 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn il gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 200 min manat vəsait xərclənəcək. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, son üç ildə gənclər təşkilatlarının layihələrinə 700 min manatdan artıq vəsait xərclənib. Gələn il maliyyələşdiriləcək layihələrin əsasən narkomaniya və QİÇS-lə mübarizə, vətənpərvərlik, gənclərin karyera qurması, kompüter biliklərinin artırılması istiqamətində olduğunu deyən nazir qeyd edib ki, bu il müsabiqədən keçib maliyyələşdirilməyən 20-dən artıq layihə də gələn ilin əvvəlindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR