Bank Of Baku

Beynəlxalq Vişeqrad Fondu Vişeqrad ölkələrində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlayır

Beynəlxalq Vişeqrad Fondu Vişeqrad ölkələrində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlayır
# 23 dekabr 2008 15:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Beynəlxalq Vişeqrad Fondu “Vişeqrad Təqaüd Proqramı” çərçivəsində 2009-2010-cu tədris ili üzrə 17 ölkədə 400 semestrik müxtəlif təqaüd proqramları, o cümlədən “Xaricdən daxilə təqaüd proqramı” həyata keçirəcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “Xaricdən daxilə təqaüd proqramı” Albaniya, Azərbaycan, Ermənistan, Belorus, Bosniya, Herseqovina, Xorvatiya, Gürcüstan, Makedoniya, Moldova, Çernoqoriya, Serbiya, Rusiya və Ukrayna kimi ölkələrdən olan şəxslərin Vişeqrad qrupuna daxil olan ölkələrdə təhsil alması üçün nəzərdə tutulub. Seçilmiş namizədlərə semestr ərzində 2500 avro məbləğində təqaüd veriləcək.
Təqaüd proqramında iştirak etmək üçün namizədlər ən azı, 4 semestr ərzində ali təhsil almış olmalıdırlar. Proqramda iştirak etmək istəyən namizədlər sənədlərini gələn ilin yanvarın 31-dək təqdim etməlidirlər.

Qeyd edək ki, Beynəlxalq Vişeqrad Fondu Mərkəzi və Şərqi Avropa ölkələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədi ilə 2000-ci ildə Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən təsis edilib. Fond təsis olunduğu dövrdən etibarən regionda təxminən 2000-dən artıq qrant layihəsi həyata keçirib. Fondun Mərkəzi və Şərqi Avropada, Qərbi Balkan və Cənubi Qafqazda ən böyük layihəsi “Vişeqrad Təqaüd Proqramı”dır. 2003-cü ildən bəri həmin Proqram üzrə 550 nəfər müxtəlif ölkələrdə təhsil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR