Bank Of Baku

Millət vəkili: “Ailədə olan zorakılıq halları ilə bağlı və şagirdlərə qarşı zorakılığa yol verən müəllimlərin barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulmalıdır”

Millət vəkili: “Ailədə olan zorakılıq halları ilə bağlı və şagirdlərə qarşı zorakılığa yol verən müəllimlərin barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulmalıdır”
# 24 dekabr 2008 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Konstitusiyasına uşaqlarla bağlı bütün məsuliyyətin dövlətin üzərinə qoyulması barədə təklif edilən əlavə dəyişiklikliyə uyğun olaraq qanunvericiliyə də dəyişikliklər olunmalıdır. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova bildirib. Azərbaycanının Ailə Məcəlləsinə və “Uşaq hüquqları haqqında ” qanuna dəyişikliklər edilməsi zərurətinin ortaya çıxdığını bildirən millət vəkili deyib ki, ailədə olan zorakılıq halları ilə bağlı və orta məktəblərdə şagirdlərə qarşı zorakılığa yol verən müəllimlərin barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulmalıdır.
G. Əhmədova qeyd edib ki, şagirdlərə qarşı zorakılıq edən müəllimlər pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalıdırlar. Gələn ilin “Uşaq ili” elan olunduğunu xatırladan G. Əhmədova “həmin ildə Azərbaycanda uşaq zorakılığına “yox” deyilsə, bu, böyük uğur olacaq” deyib. Onun sözlərinə görə, Respublika Uşaq Təşkilatının apardığı araşdırma nəticəsində ailələrdə olan intiharların böyük əksəriyyətinin zorakılıq halları ilə bağlı olduğu ortaya çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR