Bank Of Baku

Gəncədə 30 metr uzunluğunda olan tort kəsilib - FOTOSESSİYA

Gəncədə 30 metr uzunluğunda olan tort kəsilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 dekabr 2008 11:11 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncədə prezident İlham Əliyevin ad günü, Yeni İl və Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı hazırlanan 30 metr uzunluğunda olan tort kəsilib. APA-nın qərb bürosunun xəbərinə görə, tortu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsib. Tortun uzunluğu 30 metr, eni 3 metr, çəkisi 5 tondur. Tortun bişirilməsinə 1 ton un, 950 kiloqram şəkər, 21 min ədəd yumurta, 150 kiloqram kərə yağı, 150 kq qoz, 75 kq nişasta 300 litr süd işlənib. Tortdan 23 minə yaxın Gəncə sakini dadıb. Daha sonra şəhər sakinləri üçün tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR