Bank Of Baku

Şəkidə iki sənaye obyekti istifadəyə verilib

Şəkidə iki sənaye obyekti istifadəyə verilib
# 24 dekabr 2008 23:35 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda iki yeni sənaye obyekti istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, “Şəki ipək” ASC-nin nəzdində yeni baramaaçan sex, Qoxmuq kəndində isə “Sendvinc” plitələri istehsal edən sex istifadəyə verilib. Obyektlərin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov və müvafiq idarələrin, təşkilatların rəhbərləri iştirak ediblər.

“Şəki ipək” ASC-nin istehsalat müdiri Məmmədsadıq Məsimov bildirib ki, yeni açılan sexdə Çindən gətirilmiş müasir tipli 40 ədəd FV-2000-EX markalı baramaaçan dəzgahlar quraşdırılıb. Yeni dəzgahlar, köhnələrlə müqayisədə üç dəfə çox sap istehsal etməyə imkan verir. Əvvəllər köhnə dəzgahların birində gün ərzində 20 kq sap istehsal etmək mümkün idisə, yeni dəzgahların birində gün ərzində 50-70 kq sap hazırlamaq mümkün olacaq.

Qorxmuq kəndində 3-4 ay ərzində tikilib istifadəyə verilən “Sendvinc” plitələri istehsal edən sexdə də Çindən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb və bir növbədə 2000 kvadratmetr plitə istehsal etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR