Bank Of Baku

Azərbaycanda daha 68 əlilə “OKA” markalı avtomobil hədiyyə edilib

Azərbaycanda daha 68 əlilə “OKA” markalı avtomobil hədiyyə edilib
# 24 dekabr 2008 12:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün 68 əlilə “OKA” markalı avtomobil hədiyyə edib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, avtomobillərin 46-ı Qarabağ müharibəsi, 16-sı Böyük Vətən Müharibəsi, 3-ü “20 Yanvar” 3-ü Çernobl əlilinə verilib. Nazir müavininin sözlərinə görə, son iki ildə 576 nəfər əlilə avtomobil təqdim edilib. 1998-ci ildən indiyədək pulsuz avtomobil alan əlillərin sayı 2085 nəfər olub: “Bu maşınlar əlillərə cəmiyyətdən təcrid olunmamaq, ictimai həyatda fəal iştirak etmək üçün verilir ki, onlar müəyyən yerlərə, lazım gələndə işə gedə bilsinlər. Bu, böyük proqramdır və bunun davamı da olacaq”. Respublika Veteranlar Şurasının məsul katibi Əlfaim İsmayılov isə bu gün veteranlara göstərilən diqqətdən razı qaldığını söyləyib. Veteranların sayının getdikcə azaldığını deyən məsul katibin sözlərinə görə, bir neçə il əvvəl veteranlar onlara göstərilən laqeyd münasibət səbəbindən müharibədə vuruşmaqlarına peşman idilər. Ə. İsamılov artıq veteranların da öz qiymətlərini aldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR