Bank Of Baku

Yaxın 2-3 ildə Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemi həll olunacaq

Yaxın 2-3 ildə Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemi həll olunacaq
# 24 dekabr 2008 12:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində işi davam etdirir. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yaxın 2-3 ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemi həlli olunacaq. Nazir müavininin sözlərinə görə, ehtiyacı olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hər il mənzillər verilir: “Respublikanın bütün rayonlarında bu proses davam etdirilir. Təbii ki, gələn il bu proses daha geniş şəkildə davam etdiriləcək”. İ. Rəhimov bildirib ki, bu il Qarabağ müharibəsi, Böyük Vətən Müharibəsi, Çernobıl və “20 Yanvar” əlilləri üçün ölkəyə 400 maşın gətirilibsə, gələn il ən azı 600-700 avtomobilin gətirilməsi nəzərdə tutulur. Nazir müavini bu məqsədlə gələn il büdcədə vəsait artımının nəzərdə tutulduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR