Bank Of Baku

Masallıda insan həyatı üçün təhlükəli ərzaq məhsulları aşkarlanıb

Masallıda insan həyatı üçün təhlükəli ərzaq məhsulları aşkarlanıb
# 24 dekabr 2008 12:37 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi özünün 5 saylı ərazi idarəsi ilə birlikdə Masallı rayonunun bir sıra ticarət şəbəkələrində reyd keçirib. APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı Masallı rayon sakini Adəm Yaqubova məxsus ticarət anbarında İran İslam Respublikasından idxal olunan 8 adda ərzaq məhsulu – peçenye, saqqız, vafli, makaron və s. aşkar olunub. Aparılan laboratoriya müayinələri zamanı həmin məhsulların tərkibində insan həyatı üçün təhlükəli sayılan bağırsaq çöpləri tapılıb. Agentliyin əməkdaşları müvafiq qurumların nümayəndələrinin iştirakı ilə bu ziyanlı məhsulları dövriyyədən çıxararaq məhv ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR