Bank Of Baku

Azərbaycanda yeni pensiya islahatları proqramı hazırlanıb

Azərbaycanda yeni pensiya islahatları proqramı hazırlanıb
# 24 dekabr 2008 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2009-2014-cü illəri əhatə edən yeni pensiya islahatları proqramı hazırlanaraq təsdiq edilməsi üçün prezident administrasiyasına təqdim olunub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, proqram özündə növbəti 5 il ərzində həyata keçiriləcək tədbirləri əhatə edəcək və Azərbaycanın pensiya sistemini Avropa ölkələrinin sistemlərinə uyğunlaşdıracaq.
«Proqramda uzunmüddətli aktuari hesablamalarının, demoqrafik, iqtisadi inkişaf proqnozlaşdırmalarının aparılması əksini tapacaq. Həmçinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi bu proqramın əsas məqsədlərindən olacaq», - deyə S.Müslümov vurğulayıb.
S.Müslümov bildirib ki, DSMF-nin büdcəsində pensiyaların maliyyələşdirilməsi üçün aylıq ehtiyatın yaradılması da bu sənəddə əksini tapıb. Belə ki, bu ehtiyat maliyyə vəsaiti hesabına pensiyaların ödənilməsi zamanı gecikmələr aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR