Bank Of Baku

Rövşən Mustafayevin “Ölüm marşı” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomuna layiq görülüb

Rövşən Mustafayevin  “Ölüm marşı” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomuna layiq görülüb
# 24 dekabr 2008 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayevin erməni terrorçuluğunu ifşa edən “Ölüm marşı” adlı elmi-sənədli kitabının Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomu ilə mükafatlandırması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan BAMF sədri Umud Rəhimoğlu bildirib ki, fondun təşkilatçılığı ilə yaradılan xüsusi komissiya Rövşən Mustafayevin 2007-ci ildə Moskvada nəşr olunan “Ölüm tanqosu”, bu il Moskvada və Qüdsdə çap edilən “Ölüm marşı” kitablarını dəyərli elmi araşdırma kimi qiymətləndirib. Rus, ivrit və ingilis dillərində yüksək tirajla işıq üzü görən bu elmi-sənədli araşdırmada 1918-1919-cu illərdə, həmçinin II Dünya müharibəsi dövründə dinc yəhudilərə qarşı törədilən cinayətlərdən bəhs olunur.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında bildirib ki, erməni terrorçuluğunun iç üzünü açmaq baxımından kitab çox qiymətlidir: “Bu kitab Azərbaycan xalqının haqq səsinin eşidilməsinə xidmət edir. Ermənilər təkcə Azərbaycan xalqına qarşı deyil, digər xalqlara qarşı da eyni terror siyasətini həyata keçirib. Biz erməni terrorçuluğuna qarşı birgə mübarizə aparmalıyıq. Çünki terrorun milliyyəti olmur, bu gün bir xalqın qapısını döyür, sabah başqa bir xalqın”.

İsrail alimi, professor Aleks Pisman isə Azərbaycan və yəhudi xalqlarının dostluq münasibətlərindən söz açaraq terrorun acı nəticələrini xatırladıb. Alim bildirib ki, ermənilərin törətdiyi qanlı hadisələr, tökdükləri günahsız qanlar barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar çatdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR