Bank Of Baku

Gələn il 19 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir ediləcək

Gələn il 19 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir ediləcək
# 24 dekabr 2008 13:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gələn il Azərbaycanda 19 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu il ərzində Azərbaycanda 11 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib, 21 müəssisədə əsaslı təmir aparılıb. Yeni inşa və əsaslı təmir edilmiş müəssisələr müvafiq avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, oyuncaqlar, idman avadanlıqları və s. ilə təchiz olunub. Nazirlikdən bildirilib ki, hazırda ölkə üzrə 103 900 uşağı əhatə edən 1658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyi sistemində olan 1592 məktəbəqədər müəssisədə 98 029 uşaq tərbiyə alır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi, Təhsil Nazirliyi tərəfindən lisenziya almış 6 özəl məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR