Bank Of Baku

Şərqşünaslıq İnstitutunun 50 illik yubileyi qeyd edilib

Şərqşünaslıq İnstitutunun 50 illik yubileyi qeyd edilib
# 24 dekabr 2008 21:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu 50 illik yubileyini qeyd edib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan elminə böyük xidmətlər göstərib: “Şərqşünaslıq İnstitutunun bu illərdə əldə etdiyi nailiyyətlər, burada fəaliyyət göstərmiş böyük alimlər onun Azərbaycanda ən nüfuzlu institutlardan olmasını göstərir. Bu gün də institutda sələflərin qoyduqları ənənələr davam etdirilir, sanballı tədqiqatlar aparilir”.
Daha sonra M. Kərimov Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşına AMEA rəyasət heyətinin fəxri fərmanlarını təqdim edib.
Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə bildirib ki, ötən müddət ərzində institutda 500-dən artıq monoqrafiya və kitab nəşr edilib, müxtəlif ölkələrin nüfuzlu elmi jurnal və məcmuələrində institut əməkdaşlarının minlərlə elmi məqaləsi işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR