Bank Of Baku

Gəncədə yeni Perinatal Mərkəz, Bərdədə isə Vərəm Əleyhinə Dispanser istifadəyə verilib

Gəncədə yeni Perinatal Mərkəz, Bərdədə isə Vərəm Əleyhinə Dispanser istifadəyə verilib
# 24 dekabr 2008 14:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Gəncə şəhərində əsaslı rekonstruksiya olunmuş Perinatal Mərkəzin açılış mərasimi keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində iştirak edən nazir Oqtay Şirəliyev mərkəzin bölgə əhalisinin sağlamlığı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Daha sonra O. Şirəliyev mərkəzə baxış keçirib, yaradılan şəraitlə tanış olub. Üçmərtəbəli, 75 çarpayılı mərkəzdə ana və uşağın birgə qalacağı, süni ventilyasiya sistemi ilə təmin olunmuş 1 və 2 nəfərlik palatalar, fərdi doğuş otaqları, hamiləliyin patologiyası, ginekologiya, yeni doğulmuş körpələr üçün intensiv terapiya şöbələri, habelə ən müasir tibbi avadanlıqlarla təmin olunmuş cərrahiyə otaqları, müasir laboratoriya, diaqnostika otaqları var.

O. Şirəliyevin iştirakı ilə Bərdə rayonundakı Vərəm Əleyhinə Dispanserin də əsaslı təmirdən sonra açılışı olub. 25 çarpayılıq dispanser 141 min yerli, eləcə də Bərdədə müvəqqəti məskunlaşmış 40 min qaçqın və məcburi köçkünə xidmət edəcək. Əsası 1930-cu illərdə qoyulmuş və uzun illər yararsız vəziyyətə düşmüş dispanser həm stasionar, həm də ambulatoriyadan ibarətdir. Tibb ocağı müasir standartlara uyğun avadanlıqlar, rentgen kabinələri, laborator aparat dəstləri, manipulyasiya və istilik sistemi ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR