Bank Of Baku

Fizika üzrə yeni test tapşırıqları “Abituriyent ”jurnalının birinci sayında dərc ediləcək

Fizika üzrə yeni test tapşırıqları “Abituriyent ”jurnalının birinci sayında dərc ediləcək
# 24 dekabr 2008 15:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarına hazırlıq məqsədilə fizika fənni üzrə elmi-metodiki seminar keçirib. Komissiyadan APA-ya verilən məlumata görə, müxtəlif təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının 47 nümayəndəsinin qatıldığı seminarda yeni tipli test tapşırıqları nümunələri müzakirə edilib. Müzakirələr nəticəsində test tapşırıqlarının orta məktəblərdə qüvvədə olan tədris proqramı əsasında hazırlandığı, qəbul proqramına və dərsliklərə tam uyğun olduğu vurğulanıb. Daha çox məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini tələb edən keyfiyyət xarakterli test tapşırıqlarına üstünlük verilib. Bu tip test tapşırıqları abituriyentlərin hadisələrin fiziki mahiyyətini, müxtəlif fiziki hadisələr arasında səbəb-nəticə əlaqələrini nə dərəcədə mənimsədiklərini daha yaxşı yoxlamağa imkan verir. Test tapşırıqları “Abituriyent ”jurnalının birinci sayında dərc ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR