Bank Of Baku

Göyçay və Ağdaşda "Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü" layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Göyçay və Ağdaşda "Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü" layihəsi çərçivəsində dəyirmi masa keçirilib
# 25 dekabr 2008 01:55 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü" layihəsi çərçivəsində dekabrın 24-də Göyçay və Ağdaş rayonlarında dəyirmi masa keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, təhsil, səhiyyə, idman və mədəniyyət işçilərinin, gənclərin, dindarların, məktəblilərin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış edərək cəmiyyətin ən həssas təbəqəsi olan gənclər arasında cinsi yolla müxtəlif infeksiyalara və QİÇS/AİDS-ə yoluxma hallarının mövcudluğundan, erkən nigah və ailə zorakılığının, eləcə də, narkotik vasitələrdən istifadənin törətdiyi fəsadlardan söz açıblar. Tədbirlərdə gənc qızların erkən vaxtda ailə qurması nəticəsində onların sağlamlığında yaranan problemlər və qızların təhsildən yayınması hallarının sonda törətdiyi mənfi fəsadlar barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə gənclərin maarifləndirilməsi üçün onlara kitabça və bukletlər paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR