Bank Of Baku

Bakı və Qaziantep şəhərləri qardaşlaşa bilər

Bakı və Qaziantep şəhərləri qardaşlaşa bilər
# 25 dekabr 2008 07:36 (UTC +04:00)
Qaziantep-APA. Qaziantep şəhər bələdiyyəsi Bakı ilə qardaş şəhər olmağa hazırlaşır. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu məsələ professor Elçin İsgəndərzadənin Qaziantepə səfəri zamanı gündəmə gəlib. Şəhər bələdiyyəsinin rəhbərliyi ilə görüşən Elçin İsgəndərzadə Qazianteplə Bakı arasında mədəniyyətə əsaslanan dostluq münasibətlərinin qurulmasını arzuladığını bildirib: “Qaziantep Türkiyənin İstanbul və Ankaradan geri qalmayan, hətta bəzi məqamlarda irəlidə olan şəhəridir. Bakı ilə Qaziantep arasında elmi, ədəbi və mədəni əməkdaşlığın gücləndirilməsini arzulayırıq”. Şəhər bələdiyyəsinin rəhbəri Asil Güzəlbəy iki şəhərin qardaşlaşması üçün bütün əsasların olduğunu vurğulayıb: “Antep ləhcəsi ilə Azərbaycan ləhcəsi bir-birinə çox oxşayır. Mən 1992-ci ildə Azərbaycanda könüllü əsaslarla həkim işləmişəm. İstanbul ləhcəsində danışan zaman çoxları məni başa düşmürdü, Antep ləhcəsində danışarkən isə hər kəs nə dediyimi anlayırdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR