Bank Of Baku

Azərbaycanlı Gənclərin Avropa Forumu Bakıda üçgünlük təlim təşkil edib

Azərbaycanlı Gənclərin Avropa Forumu Bakıda üçgünlük təlim təşkil edib
# 25 dekabr 2008 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanlı Gənclərin Avropa Forumu (FASE) Bakıda üçgünlük “”Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” mövzusunda təlim kursu təşkil edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən FASE-nin baş katibi Vüsal Məmmədov bildirib ki, bu, Azərbaycanda təşkil olunan ilk təlimdir. Bundan əvvəl isə FASE Fransa senatında, Almaniya bundestaqında, Yunanıstan və İngiltərə parlamentlərində, Brüsseldə Avropa parlamentində Azərbaycanla bağlı forumlar təşkil edib. V. Məmmədovun sözlərinə görə, gələn il daha bir neçə ölkənin parlamentlərində Azərbaycanla bağlı forumların keçiriləcəyi gözlənilir: “Forum Avropa Birliyində Azərbaycanla əlaqədar baş verən hadisələrin gedişindən xəbərdar olaraq bu məqsədlər üçün lobbiçilik fəaliyyəti göstərir. Əsas məqsədimiz Avropada Azərbaycanla işləyən deputatları daha aktiv olmağa cəlb etməkdir”.
Qeyd edək ki, təşkilatın Berlin, Paris, London və Strasburqda şöbələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR