Bank Of Baku

Bu axşamdan Azərbaycan ərazisində hava kəskin soyuyacaq, qar yağacaq

Bu axşamdan Azərbaycan ərazisində hava kəskin soyuyacaq, qar yağacaq
# 25 dekabr 2008 10:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, dekabrın 25-dən 26-na keçən gecə və səhər küləyin maksimal sürəti saniyədə 15-20, arabir 23-25 metrə çatacaq. Dekabrın 26-da axşama doğru külək mülayimləşəcək.

Dekabrın 26-dan başlayaraq həftənin sonunadək temperaturun 3-5 dərəcə düşəcəyi gözlənilir. Dekabrın 28-i də daxil olmaqla, həftənin son günlərində qeyri-sabit hava şəraiti müşahidə olunacaq, fasilələrlə yağıntılar yağacaq.

Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 4-6 dərəcədən yüksək olmayacaq. Həftənin son günlərində yarımadanın bəzi ərazilərində gecə saatlarında yağıntının sulu qara keçmə ehtimalı var. Gecə saatlarında havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Həftənin son günlərində rayonlarda yağıntıların sulu qara, dağlıq və dağətəyi ərazilərdə isə qara keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR