Bank Of Baku

Bundan sonra yalnız Təhsil Nazirliyi aparatının və nazirliyin strukturuna aid idarələrin işçiləri dövlət qulluqçuları sayılacaq

Bundan sonra yalnız Təhsil Nazirliyi aparatının və nazirliyin strukturuna aid idarələrin işçiləri dövlət qulluqçuları sayılacaq
# 25 dekabr 2008 11:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Nazirlər Kabineti dekabrın 20-də qəbul etdiyi 278 saylı qərarla "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" 2006-cı il 28 iyul tarixli 189 saylı qərarına dəyişiklik edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu"nun cədvəlindən "Ali məktəblər", "Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması institutları", "Orta ixtisas məktəbləri", "Peşə liseyi və peşə məktəbləri", "Məktəbəqədər uşaq müəssisələri", "Ümumi orta təhsil müəssisələri", "İnternat tipli təhsil müəssisələri", "Xüsusi rejimli internat məktəbləri", "Xüsusi məktəb", "Məktəbdənkənar təhsil müəssisələri və digər təşkilatlar" və "Təsərrüfat hesablı təşkilatlar" qrafaları qərardan çıxarılıb.

Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov bildirib ki, qərar yalnız dövlət qulluğu ilə bağlıdır və bu sənədlin təhsil müəssisələrinin tabeçiliyinə və digər məsələlərə aidiyyəti olmayacaq. Onun sözlərinə görə, bundan sonra yalnız Təhsil Nazirliyi aparatının, birbaşa nazirliyin strukturunda fəaliyyət göstərən Bakı şəhər Təhsil İdarəsinin və rayon təhsil şöbələrinin işçiləri dövlət qulluqçuları hesab olunacaq. Digər təhsil müəssisələri – ali, orta ixtisas, peşə təhsili sahələrində və orta məktəblərdə çalışanlar isə dövlət qulluqçusu sayılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR