Bank Of Baku

Gürcüstanın Görarxı kəndində yeni çəkilən yolun açılışı olub

Gürcüstanın Görarxı kəndində yeni çəkilən yolun açılışı olub
# 25 dekabr 2008 12:20 (UTC +04:00)
Gürcüstan. Nizamı Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Görarxı kəndində yeni çəkilmiş 7 kilometrlik yolun açılışı olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, açılış mərasimində Gürcüstan parlamentinin sədri David Bakradze, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze də iştirak edib. 6 kəndi əhatə edən asfalt yol müasir standartlara uyğun çəkilib. Marneuli rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov APA-nın əməkdaşına bildirib ki, Tiflis-Sınıq körpü İpək yoluna birləşən Görarx yolu daha 12 kilometr uzadılacaq. Onun sözlərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri yerli əhali ilə görüşündə bildirib. O yeni ildən kəndə təbii qaz və içməli su çəkiləcəyini də qeyd edib. Parlamentin sədri kənd sakinlərinə Marneuli-Görarx yolu ilə işləyəcək 1 ədəd sərnişin avtobus bağışladığını da deyib. Bu gün həmin avtobus xəttə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR